Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail İranda bu hərbi obyektləri hədəfə alıb

İsrail İranda bu hərbi obyektləri hədəfə alıb

Tarix: 26 Oktyabr 2024 15:38

İsrail hava qüvvələrinin İranda zərbə endirdiyi hərbi obyektlərin, SEPAH-ın bir sıra postlarının, eləcə də Tehranda yerləşən mühüm hərbi infrastrukturların adları açıqlanıb.

Sonxeber.net bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Araz News"a istinadla xəbər yayıb.

Məlumata görə, hərbi obyektlər arasında Həsən Xan qalası ərazisindəki Qədiri postu, Bidgənə kəndində Fələq, İmam Əli postu, Tehran əyalətindəki Hakimiyə bölgəsindəki post, Rey şəhərindəki kazarma, Əbülfəth kazarması, o cümlədən radar və S-300 raket sistemlərinin yerləşdiyi Şəhid Babayi bazası var.

Qeyd olunub ki, hələlik hücumlar zamanı dəymiş ziyanın məbləği bəlli deyil.


Etiketlər:  İsrail İranda hərbi obyektləri hədəfə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ