Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 12:12
"5 nəfər - adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus insan 3 min şəhidimizin adını Vikipediyadan çıxarıb".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
"Hətta onlar bununla da kifayətlənməyib Türkiyə Vikipediyasından da çıxarılması ilə bağlı müraciət edib. Hətta onlar bir az irəli gedərək Xocalı qurbanlarının da adının Vikipediyadan çıxarılmasını tələb ediblər.
Aydındır ki, biz bununla ciddi mübarizə aparmalıyıq. Şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilər?! Hansı məlumat bundan üstün ola bilər?! Biz informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul etmişik.
Aidiyyəti orqanlar bununla məşğul olmalıdır ki, bizim başqa məlumatlarımızı ensiklopedik olmadığını bəhanə edərək silməsinlər", - S.Novruzov bildirib.