Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Jurnalistin əlindən tutdular ki, Simonyan onu vursun ya da tüpürsün''

''Jurnalistin əlindən tutdular ki, Simonyan onu vursun ya da tüpürsün''

Tarix: 2 Noyabr 2024 00:04

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Milli Məclisdəki davranışları erməni mediasının gündəminə düşüb.

Sonxeber.net Globalinfo.az-a istinadən xəbər verir ki, erməni KİV Simonyanla "MediaHub"un jurnalisti Vahe Makaryan arasında səs-küylü insident yaşandığını yazıb.

"Mübahisə zamanı parlamentdə bir-biriini təhqir etdilər. Vəziyyət o qədər qızışdı ki, Simonyanın mühafizəçiləri jurnalist Vahe Makaryanın əlindən tutdular ki, Alen onu vursun və ya tüpürsün. Lakin Alen Simonyan tüpürmədi, hətta vurmadı, sadəcə qışqırdı və küçə söyüşü söydü", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin iclasında xarici işlər naziri Ararat Mirzoyan da jurnalistlə insident yaşayıb.


Etiketlər:  Jurnalistin əlindən tutdular Simonyan vursun tüpürsün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ