Tarix: 4 Dekabr 2019 11:52
Bu ayın sonunda "Los-Anceles Qalaksi" ilə müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç növbəti dəfə “Milan”a keçəcəyinə işarə vurub.
Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu “La Gazzetta dello Sport”a açıqlamasında deyib ki, tezliklə İtaliyaya qayıdacaq:
“Yenidən qalib gəlməli, tarixini yeniləməli və problemi həll etməli olan komandaya qoşulacam. Yalnız bu yolla sizi yenidən təəccübləndirmək üçün lazımi motivasiyanı tapa bilərəm. Məsələ sırf komanda seçimi ilə bağlı deyil, bunu şərtləndirən digər amillər də var. Həm də ailəmin maraqlarını nəzərə almalıyam. Tezliklə İtaliyada görüşərik".
Xatırladaq ki, isveçli futbolçu 2010-2012-ci illərdə "Milan"da çıxış edib.