Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2024 08:06
Cənubi Koreya KXDR-in son raket buraxılışlarına cavab olaraq Sarı dənizdə Hyunmu-2 sinifli qısa mənzilli ballistik raketi buraxıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə raket Seuldan 108 km məsafədə yerləşən Taean qraflığının qərbindəki sınaq poliqonundan buraxılıb.
Təlimlər zamanı ilk hücum etdiyi iddia edilən Şimali Koreya gəmisinə hücum ssenarisi işlənib.
Qeyd olunur ki, hərbi təlimlərin məqsədi Seulun Pxenyanın istənilən təxribatına cavab verməyə hazır olduğunu göstərməkdir.
Qeyd edək ki, noyabrın 5-də Yaponiyanın müdafiə naziri Gen Nakatani Şimali Koreyanın şimal-şərqdə ən azı yeddi ballistik raket buraxdığını demişdi.