Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COP29 - çox mühüm zirvədir, biz bir-birimizlə danışıqlar aparmalıyıq - Vuçiç

COP29 - çox mühüm zirvədir, biz bir-birimizlə danışıqlar aparmalıyıq - Vuçiç

Tarix: 12 Noyabr 2024 18:06

COP29 - çox mühüm zirvədir. Biz bir-birimizlə danışıqlar aparmalıyıq.

Sonxeber.net xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

"Azərbaycan getdikcə daha çox əhəmiyyət kəsb edir. Mən bir dəhlizdən danışmıram, dəmir yolu və qaz dəhlizlərindən danışıram. Orta Dəhliz də bizim üçün çox vacibdir. Serbiyada hər iki ölkənin maraqlı tərəf olacağı böyük qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesinə başladıq", - deyə o bildirib.

Daha sonra Serbiya Prezidenti bildirib ki, son vaxtlarda Azərbaycanda gördüyü irəliləyiş onu təəccübləndirib.

"İki il əvvəl buradaydım, əgər səhv etmirəmsə. Bu, inanılmazdır. Bu ölkədə etdiklərinizə heyranam. Biz Azərbaycanda əməkdaşlığımızı davam etdirmək və birgə işimiz üçün daha çox ortaq məqam tapmaq istəyirik və bunu edəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


Etiketlər:  COP29 çox mühüm zirvədir birimizlə danışıqlar aparmalıyıq Vuçiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ