Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir

İlham Əliyev: Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir

Tarix: 13 Noyabr 2024 13:21

Neokolonializm və iqlim dəyişmələri. Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir".


Etiketlər:  İlham Əliyev gün Fransanın Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ