Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2024 07:30
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatından) dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Respublikaçıların keçid komandasının yaydığı məlumatda bildirilir.
Hazırda sözügedən vəzifəni Antoni Blinken tutur.
Qeyd edək ki, Marko Rubio ilk dəfə 2010-cu ildə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin daha sonra namizədliyini geri götürüb.
Həmçinin Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir.