Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Android” sisteminin yeni versiyası təqdim edilib

“Android” sisteminin  yeni versiyası təqdim edilib

Tarix: 8 May 2019 12:00

ABŞ-ın “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin “Android Q” adlandırılmış yeni versiyasını nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Android Q” versiyası süni intellektin köməyi ilə videonu (hətta səssiz olsa belə) onlayn rejimində tərcümə edə biləcək. Yeni sistem qatlanan smartfonları, “5G” şəbəkəsini, eyni zamanda "qara rəngli rejim"i dəstəkləyəcək.

 

Əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə daha ciddi yanaşacaq. Yeni versiyada qurğuya qurulmuş proqramın hansı informasiyaya girişə malik olmasını izləmək daha asandır. Məlumata görə, “Android Q” sisteminin beta-versiyası hazırda 21-dən çox qurğuda əlçatandır.

 

Emil Hüseynov




Etiketlər:  Android sisteminin yeni versiyası təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ