Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2024 09:58
Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.
"1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb", - məlumatda diqqətə qeyd olunub.
Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.