Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2024 22:14
Fransa Prezidenti Emmanuel Makron Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək əlini sıxıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, daha sonra Lavrov Makronla əl sıxışması barədə açıqlama verib.
"İnsanlar bir-birini tanıyırsa, onların təmsil etdiyi ölkələr arasında dərin ziddiyyətlər varsa, amma hardasa ictimai yerdə rastaşırlarsa, onların bir-birlərinə salam verməsi tamamilə normaldır. Düşünürəm ki, bir çox Avropa liderlərinin Rusiya nümayəndələrini dəhlizdə, kənarda, fotoşəkil çəkdirərkən görəndə onlardan çəkinməsi qeyri-normal haldır", - nazir bildirib.
Xatırladaq ki, ABŞ, Fransa və Böyük Britaniya öz uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.