Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo Kloppu təriflədi

Mourinyo Kloppu təriflədi

Tarix: 8 May 2019 12:24

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında ötən gecə keçirilən dramatik “Liverpul” – “Barselona” oyunu ilə bağl fikirlərini bildirib.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Mundo Deportivo”ya açıqlamasında “Liverpul”un möhtəşəm geridönüşünün komandanın baş məşqçisi Yurgen Kloppun adına yazılmalı olduğunu deyib: 
 
“Bu, Kloppun qələbəsidir. O, digər məşqçilərə bənzəmir, vacib oyunçularını itirdikə ağlamır, bəhanə gətirmir. Çünki çox oyunlar görüb. Bu zehniyyət məsələsidir”.

Xatırladaq ki, yarımfinalın ilk matçında "Nou Kamp"da 0:3 hesabı ilə uduzan "Liverpul" cavab matçında 4 cavabsız qolla finala vəsiqə qazanıb. 

 


Etiketlər:  Mourinyo Kloppu təriflədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ