Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2024 21:24
Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.net Globalinfo.az-a istinadən bildirir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.
Bildirilir ki, vaxtilə qondarma rejimdə "məmur" işləmiş Qalstyan 2020-ci ildən xarici kəşfiyyat orqanı tərəfindən işə götürülüb və casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə aktını Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi dərc edib. İttiham tərəfi isə ona ömürlük həbs cəzası istəyib.
Qeyd edək ki, Qalstyan qondarma rejimdə müxtəlif vəzifələrdə çalışıb.