Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2024 06:46
Rusiyanın Kamensk-Uralski şəhərində bu səhər sakinlər qeyri-adi təbiət hadisəsinə şahid olublar. Belə ki, şəhər çəhrayı rəngə boyanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda UrFU rəsədxanasının astronomu Vladilen Sanakoyev "E1.RU"ya danışıb.
"Təxminən 15 il əvvəl Yekaterinburqda belə bir çəhrayı səhər olmuşdu. Sonra dedim ki, bu, günəş işığının sanki işıq bələdçisi vasitəsilə bizə yönəldiyi isti hava kütlələri ilə bağlıdır. Bu cür təsirlər tez-tez Arktika bölgələrində müşahidə olunur", - o qeyd edib.