Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COP-da razılaşdırılan 300 milyard nəyə xərclənəcək?

COP-da razılaşdırılan 300 milyard nəyə xərclənəcək?

Tarix: 24 Noyabr 2024 23:24

Bakıda keçirilən COP29-a qədər kasıb dövlətlər iqlim dəyişikliyi ilə mübarizəyə və onların bununla bağlı problemlərinin həllinə 1 trilyondan çox vəsait tələb edirdilər. Bu, real rəqəm deyildi. 

Sonxeber.net xəbər verir ki, Bakıda gərgin müzakirələr nəticəsində tərəflər 300 milyard dollara razılaşdılar.

Bəs 300 milyard dollar nəyə xərclənəcək?

Bundan sonra məsuliyyət BMT-nin üzərindədir. Beynəlxalq təşkilat böyük dövlətlər tərəfindən bu vəsaitin ayrılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə xərclənməsinə nəzarət etməlidir. 

ABŞ-ın yeni Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmayacaq, Ağ Evin yeni sahibi ümumiyyətlə bu mövzunun qondarma olduğu qənaətindədir. 

Əgər ABŞ Donald Trampın 4 illik prezidentlik dövründə iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmasa, AB dövlətlərinin də qlobal məsələyə kifayət qədər maliyyə ayıracağı sual altında olacaq. 

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin COP29 tədbirinə qatılmaması, tədbirin son günlərinə yaxın Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokun isə neft və qaz nəql edən ölkələri hədəf alan çıxışı əldə edilən razılaşmanın yerinə yetirəcəyini sual altında qoyur. Bu, artıq BMT-ni düşündürməlidir.


Etiketlər:  razılaşdırılan milyard nəyə xərclənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ