Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2024 20:36
Naberejnıye Çelnıdan olan ailə 15-ci övladına Rusiyanın yeni sınaqdan çıxardığı "Oreşnik" raket sisteminin şərəfinə ad qoymağı planlaşdırır.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu barədə rusiya mediasına açıqlamasında körpənin valideynləri bildirib.
Bundan əvvəl onlar 14-cü övladına Rusiya-Svyatosiya-Svyatorossiya adını qoyublar.
Qeyd edək ki, "Oreşnik" raket sisteminin mövcudluğu noyabrın 21-də Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra məlum olub. Bu, 5,5 min km-ə qədər mənzilli, səs sürətindən 10 dəfə yüksək sürətə çata bilən orta mənzilli ballistik raketdir.