Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2024 00:24
Hazırda bazarda yerli kartof qıtlığı yaşanır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Bakının 8-ci kilometr bazarında kartofun kiloqramı 60 qəpik - 1 manat 20 qəpik arasında dəyişir.
Satıcılar isə yerli məhsulun qıt olduğunu deyirlər. Onlar bildirir ki, bölgələrdə bu il məhsul daha bol olsa da daşınma xərclərinə görə şəhərə az gətirilir. Xaricdən gətirilən kartofun ötən illə müqayisədə bu il 20 qəpik bahalandığını deyən satıcılar bildirir ki, yerli məhsula təlabat həmişə çoxdur.
Satıcılar deyir ki, əgər xaricdən gətirilən məhsul olmasa yerli bazarda qiymət daha baha olar.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: