Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2024 21:44
"Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur".
Sonxeber.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyevin sözlərinə görə, bu gün insanların orta ömür müddəti uzanır:
"İnsanların sağlamlığı imkan verir ki, daha aktiv əmək və həyat fəaliyyəti ilə məşğul olsunlar. Ona görə də pensiya yaşının azaldılması real məsələ deyil. Bu həm də kiminsə istəyinə bağlı iş də deyil. Bu, eyni zamanda DSMF-nin dayanıqlılığına təsir edən məsələdir. Burada çoxlu parametrlər ortaya qoyulmalı, ölçülüb-biçilməlidir. Həmçinin demoqrafik, iqtisadi və sosial göstəricilər də var. Ən azı 30 illik perspektiv strateji hesablama göstəricilərinə baxmaq lazımdır".