Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş''ın baş məşqçisi qovuldu yoxsa istefa verdi?

''Beşiktaş''ın baş məşqçisi qovuldu yoxsa istefa verdi?

Tarix: 29 Noyabr 2024 08:32

UEFA Avropa Liqasının 5-ci həftəsində Makkabi Tel-Əvivə 3-1 məğlub olan Beşiktaşda baş məşqçi Giovanni van Bronckhorst, komandanın oyunun standartlarına uyğun çıxış edə bilmədiyini bildirib.

Bəs, Giovanni van Bronckhorst qovuldu, yoxsa istefa verdi?

Sonxeber.net xəbər verir ki, Beşiktaş, UEFA Avropa Liqasının 5-ci həftəsində Macarıstanın Debretsen şəhərindəki Naqyerdei Stadionunda İsrail təmsilçisi Makkabi Tel-Əvivə 3-1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Giovanni van Bronckhorstun gələcəyi ilə bağlı suallar yaranıb.

Hollandiyalı baş məşqçi, oyundan sonra böyük kədər hissi keçirdiklərini vurğulayaraq, belə danışıb:

"Çox çətin bir oyun oldu. İlk yarıda yaxşı oynamadıq. Qabrielin zədəsi bizi təsirləndirdi. Rəfaelin qolu ilə bərabərliyi əldə etdik, lakin fasilə ərəfəsində sadə bir qol buraxdıq. İkinci yarıda Feliksi zədə səbəbindən oyundan çıxarmalı olduq və tempi itirdik. Daha sonra üçüncü qolu buraxdıq. Çox məyusuq."

Giovanni van Bronckhorstun istefa verib-vermədiyi və ya klub tərəfindən qovulub-qovulmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Etiketlər:  Beşiktaşın baş məşqçisi qovuldu yoxsa istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ