Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2024 19:54
Böyük Britaniyanın nəqliyyat naziri Luiz Hey istefa verib.
Sonxeber.net modern.az-a istinadla xəbər verir ki, o, istefa ərizəsini Baş nazir Keir Starmerə təqdim etdiyini bildirib.
Qeyd edək ki, ötən gün Britaniya mətbuatında nazir haqqında qalmaqallı xəbərlər paylaşılıb. Belə ki, 2013-cü ildə o zaman "Aviva" sığorta şirkətində işləyən Luiz Hey polisə ərizə yazaraq küçədə şəxsi əşyaları və iş telefonu olan çantanın oğurlandığını bildirib. Bundan sonra şirkət ona yeni telefon hədiyyə edib. Lakin bir müddət sonra Heyin telefonu onun evindən tapılıb.
2014-cü ildə polis onu dələduzluğa cəhddə ittiham edib. Luiz Hey məhkəmədə günahını etiraf edib, buna görə də məhkəmə onu bir neçə aylıq şərti cəzaya məhkum edib.
İşin təfərrüatları Böyük Britaniyada geniş rezonansa səbəb olub və elə ertəsi gün xanım nazir istefa ərizəsini təqdim edib. Baş nazir istefanı qəbul edib və nazir kimi gördüyü işlərə görə Heyə təşəkkür edib.