Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” UEFA reytinqində GERİLƏDİ

“Qarabağ” UEFA reytinqində GERİLƏDİ

Tarix: 1 Dekabr 2024 16:46

Klubların UEFA reytinqi açıqlanıb.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında V, Konfrans Liqasında IV turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Lion"a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ" bir addım geriləyib. Plzen "Viktoriya"sı təmsilçimizi geridə qoyub.

"Neftçi" 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik "Mançester Siti" başçılıq edir.


Etiketlər:  Qarabağ UEFA reytinqində GERİLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ