Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 07:56
Son günlər Gürcüstanın paytaxtı Tbilisi şəhərində etirazçıların aksiyaları nəticəsində 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, dekabrın 1-2-də etirazçıların zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Onlara hazırda tibbi yardım göstərilir.
Son günlər aksiyalarda Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hazırda klinikada müalicə alır.