Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 18:45
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.
Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.