Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 22:36
Hamanı ələ keçirən müxalif qüvvələr indi də Humsa hücum üçün "kompletləşmə" işləri görür.
Sonxeber.net xəbər verir ki, Humsun ələ keçməsi Əsədin "qalası" hesab olunan Tartus və Laziqiyyə vilayətləri ilə əlaqəsi kəsilmiş olacaq.
Hums, paytaxt Dəməşq ilə şimaldakı Hələb və qərbdəki sahil şəhərləri (Latakiya, Tartus) arasında körpü rolunu oynayır.
Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası yerləşir.
Bu yollara nəzarət, hərbi qüvvələr və təchizatın hərəkətinə ciddi təsir edəcək.