Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin Azərbaycana son pisliyi

Baydenin Azərbaycana  son pisliyi

Tarix: 6 Dekabr 2024 19:20

Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər fonunda bir çox məsələlər aydınlaşdı. Belə ki, Qarabağ münaqişəsinin başa çatması, Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi və regionda yeni reallıqlar yaratması qonşu ölkələrlə yanaşı, bir çox böyük dövlətlərdə də haqsız narahatlıq doğurdu.

Bu prosesin ardınca atılan qərəzli addımlar, səsləndirilən böhtan xarakterli bəyanatlar və s. fonunda özünü göstərdi. Həmin ölkələr içərisində ABŞ, Co Bayden administrasiyası xüsusi aktivliyi ilə fərqlənir. 907-ci düzəlişlə başlayan ədavət hələ də ABŞ Konqresində müxtəlif zamanlarda ölkəmizə qarşı verilən qərəzli bəyanatlarla davam edir.

Təxminən ayyarım sonra hakimiyyətdən gedəcək bu administrasiya son olaraq ölkəmizə qarşı hansı təxribatı törədə, nə kimi problem yarada bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Bayden administrasiyası ABŞ-da ən ermənipərəst administrasiya hesab olunur:

"Onun hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla yanaşı Türkiyə ilə də rəsmi görüş keçirilməyib. Bayden antitürk mövqeyə sahib bir prezident kimi tarixə düşdü. Lakin bundan sonra Azərbaycana, türk dünyasına qarşı hansısa ciddi addım atacağını düşünmürəm. Bunun üçün kifayət qədər vaxtı da yoxdur. Hazırda əsas diqqətini Ukraynadakı proseslərə yönəldib.

Erməni diasporunun təşəbbüsü ilə ölkəmizə qarşı hər hansı yanaşma nümayiş etdirə bilərlər. Lakin bu, ciddi xarakterə malik olmayacaq.

Ermənilər güc bölgüsü ediblər. Xaricdə erməni diasporu Azərbaycana təzyiq etməyə çalışır, Baş nazir Nikol Paşinyan isə xoşgörülü yanaşma sərgiləyir".


Etiketlər:  Baydenin Azərbaycana pisliyi


RƏYLƏR