Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 23:18
6 dekabr tarixində Bəhreyndə "20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu" öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.
Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan "Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı" mövzusunda paneldə məruzəçi qismində çıxış edib.
Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Forum dekabrın səkkizinədək davam edəcəkdir.