Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 07:46
07:45
Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, müxalifət hərbçiləri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
"Reuters" isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
--------------
07:09
Suriyada müxalifət tərəfdarları paytaxt Dəməşqi nəzarətə götürüb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri ölkənin paytaxtından geri çəkilir.
Onun sözlərinə görə, silahlılar Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər. /APA