Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyada yeni qadağalar

Suriyada yeni qadağalar

Tarix: 9 Dekabr 2024 18:08

Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Vətən" nəşri məlumat yayıb.

"Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır", - məlumatda qeyd olunub.

Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə də qadağa qoyub.


Etiketlər:  Suriyada yeni qadağalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ