Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 20:38
Suriya Prezidenti Bəşər Əsədin qohumları fərqli illərdə "Moskva siti" kompleksində 19, "Şəhərlərin paytaxtı" kompleksində 18, "Federasiya" qülləsində isə 1 mənzil alıblar.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı "Financial Times" qəzeti yayıb.
Məlumata görə, Əsədlərin Moskvadakı mənzillərinin dəyəri 40 milyon dollar hesab edilir. Sənədlərə əsasən, devrilmiş suriyalı liderin ailə üzvləri əmlakları 2013-cü ildən almağa başlayıb. Bu obyektlərdən 13-ü Əsədin əmisi oğlu Əsəd Hafiz Maxlufa məxsus olub. İkisi isə Bəşər Əsədin digər əmisi oğlu Rami Maxlufun həyat yoldaşının adına qeyd edilib. /Globalinfo.az