Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2024 18:10
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.
Sonxeber.net xəbər verir ki, buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə etdiyi (1:1) matçda yaşananlar səbəb olub.
"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb.
Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsüm ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in dörd üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.