Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hicabsız konsert verən müğənniyə cinayət işi açıldı

Hicabsız konsert verən müğənniyə cinayət işi açıldı

Tarix: 15 Dekabr 2024 17:05

İranda müğənni Parastu Əhmədi və musiqiçi yoldaşlarına qarşı cinayət işi açılıb.

Sonxeber.net xəbər verir ki, buna səbəb sənətçinin yutubdakı konsertdə hicabsız çıxış etməsi olub.

Konsertin videoyazısına bir gündən az vaxt ərzində 150 ​​min dəfədən çox baxılıb. Tamaşadan fraqmentlər müxtəlif sosial şəbəkələrdə yayılıb. Bu, Əhmədinin fəaliyyətini İran hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.

Hüquq-mühafizə orqanları Əhmədinin çıxışının ölkənin hüquqi və mədəni normalarına uyğun olmadığını bildirib. Orada iştirak edən musiqiçilərə qarşı tədbir görüləcəklərinə söz veriblər.

Onlayn konsert yayımlandıqdan az sonra təhlükəsizlik agentləri Əhmədinin evinə basqın ediblər. Müğənninin yeri isə hazırda məlum deyil.

Qeyd edək ki, İran qanunları qadınların başlarını örtmədən ictimai yerlərdə solo oxumasını qadağan edir. Əhmədi isə açıq-saçıq geyimdə, saçları açıq, qırmızı manikür və pomada ilə çıxış edib./axşam.az


Etiketlər:  Hicabsız konsert verən müğənniyə cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ