Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2024 08:34
"Suriyada süqut etmiş Əsəd rejiminin tərəfdarları Almaniyaya keçəcəkləri təqdirdə həbs edilərək mühakimə olunacaqlar".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok "Bild am Sonntag" qəzetinə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Almaniyaya gəlmək istəyən rejimin əlaltıları qanunun bütün gücü ilə törətdikləri dəhşətli cinayətlərin hesabını verəcək.