Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2024 08:44
Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezident Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.
Sonxeber.net xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Xatırladaq ki, ekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.
İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yölün vəzifəsinə qayıtması barədə qərar verməlidir. /APA