Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2024 14:12
SSRİ voleybol yığmasının heyətində olimpiya çempionu olmuş Vladimir Doroxov 71 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Keçmiş voleybolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, V.Doroxov 1980-ci ildə Moskvada SSRİ yığmasının tərkibində olimpiadanın qızıl medalını qazanıb. Həmçinin 1976-cı ildə Kanadada keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını əldə edib. Doroxov ikiqat dünya çempionu (1978, 1982), Dünya Kubokunun ikiqat qalibi (1977, 1981), həmçinin dördqat Avropa çempionudur (1975, 1977, 1979, 1981). O, Tbilisinin "Burevestnik", Moskvanın ÇSKA və Sankt-Peterburqun "Avtomobilist" komandalarında çıxış edib. /Report