Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər

Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər

Tarix: 6 Dekabr 2019 09:36

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Trend-in məlumatına görə, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib.

Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ