Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2024 17:08
Biznesmen, "X"in sahibi, həmçinin "SpaceX", "Tesla" və "Neuralink" şirkətlərinin rəhbəri İlon Mask qeyd edilən sosial şəbəkədəki profilinin adını dəyişib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, milyarderin yeni adı Kekius Maksimus (Kekius Maximus) olub.
Bundan əlavə, Mask öz profilinin avatarını da dəyişib: indi orada qədim Roma Legionerinin hərbi formasında "Pepe qurbağası" təsvir olunub. Personajın əlində "PlayStation 4"ün "DualShock 4"ünə bənzər "controller" var.
Milyarder öz profilindəki dəyişiklikləri şərh etməyib.