Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO)

Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO)

Tarix: 6 Dekabr 2019 14:00

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Qax rayonunun sakinləri də böyük ruh yüksəkliyi ilə qoşulublar.

Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiya zamanı rayon ərazisində minlərlə ağac tingi əkilməsi planlaşdırılır.

Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda geniş hazırlıq işləri görülüb. Ağacların əkiləcəyi ərazilər əvvəlcədən müəyyənləşdirilib, çalalar qazılıb, arxlar çəkilib. Ümumiyyətlə, bu nəcib təşəbbüs Qax şəhəri də daxil olmaqla, rayonun 17 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə edir.

Ağacəkmə aksiyasına rayon üzrə, ümumilikdə, 2 mindən çox sakin qatılıb. Aksiya zamanı rayon ərazisində bölgə üçün xarakterik olan cökə, akasiya, sərv, xan çinarı, qoz, şabalıd, sarağan, ağcaqayın, tut və digər növ ağac tingləri əkilir.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən bu xeyirxah aksiyada Qax şəhərinin sakinləri də fəal iştirak edirlər. Aksiya zamanı Qax şəhərinin küçə, prospekt və parklarında, həmçinin yenidən qurulan Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında da tinglər əkilir. Sakinlər ekoloji tarazlığın bərpasına yönələn bu nəcib təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirir, yeni yaşıllıqların salınmasının dahi şair Nəsiminin xatirəsinin əbədiləşdirilməsinə, ölkəmizin çiçəklənən diyara çevrilməsinə çox dəyərli töhfə olduğunu bildirirlər.

Rayon ziyalısı Valeh Quliyev deyib: “Dahi şair Nəsiminin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən ağacəkmə aksiyasında mən də həvəslə iştirak edirəm. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu genişmiqyaslı kampaniya ekologiyanın sağlamlaşdırılması baxımından çox əhəmiyyətlidir. Ona görə də, bu nəcib təşəbbüsə biz ziyalılar da fəal qoşulmuşuq. Bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi respublikamızın yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına çox böyük töhfə olacaq”.

Aksiyada iştirak edən Xaqani Əhmədov və digər ziyalılar da bu nəcib təşəbbüsə ürəkdən qoşulduqlarını bildiriblər.

Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO) Qaxda ağacəkmə aksiyası keçirilir (FOTO)


Etiketlər:  Qaxda ağacəkmə aksiyası keçirilir FOTO


RƏYLƏR