Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Moskva: Bunu İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk

Rəsmi Moskva: Bunu İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk

Tarix: 9 Yanvar 2025 22:18

Moskva İrəvanın Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Avrasoya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Sonxeber.net xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, bunu İrəvanın suveren seçimi adlandırıb.

"Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu, İrəvanın suveren seçimidir", - deyə Rusiya hökuməti sədrinin müavini vurğulayıb. /APA


Etiketlər:  Rəsmi Moskva Bunu İrəvanın Aİİ dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ