Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

Tarix: 6 Dekabr 2019 17:18

Bakı. Trend:

“Azpetrol” şirkəti Şamaxı rayonunda özünün sayca 91-ci “Şamaxı-ASAN” yanacaqdoldurma məntəqəsini (YDM) açıb.

Bu Şirkətin Şamaxı rayonunda 3-cü yanacaqdoldurma məntəqəsidir. Açılış “ASAN xidmət”lə bir gündə, şirkətin Baş direktoru Ceyhun Məmmədov və digər əməkdaşların iştirakı ilə olmuşdur.

“Şamaxı-ASAN” YDM-də həm də Elektromobillərin doldurulması cihazı da quraşdırılıb.

Açılış mərasimindən sonra müştərilərə Şirkət tərəfindən müxtəlif hədiyyələr verilib.

Şirkət özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Belə ki, “Azpetrol” şirkəti yaxın günlərdə növbəti YDM-ni Kürdəmir rayonunda açacaq. Şirkət eyni zamanda Bakı şəhərinin Nizami rayonunda YDM-nin tikintisini davam etdirir.
04 dekabr 2019-cu il tarixində isə Bakı şəhərinin Nizami rayonunda “Azpetrol” şirkətinə məxsus Hotel SPA & Fitnes mərkəzinin təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Şirkətin baş direktoru Ceyhun Məmmədov, Podratçı şirkətin nümayəndəsi, Nizami rayon İcra hakimiyyətinin nümayəndəsi və “Azpetrol” şirkətinin digər məsul işçiləri iştirak ediblər.

Təməlqoyma mərasimində qurban kəsilərək xeyir-dua verilib.

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO) “Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO) “Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO) “Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO)


Etiketlər:  Azpetrol şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ