Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 07:04
Bəzi məhsulların qiyməti artıb, bəzilərininki isə azalıb. Bununla yanaşı paytaxt bazarlarında durğunluq yaşanır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, hazırda rayonlardan gətirilən bəzi meyvələrin qiyməti nisbətən ucuzlaşıb. Tərəvəzlərin isə qiymətində hər hansı dəyişiklik yoxdur.
Müşahidələrimizə əsasən, hazırda paytaxt bazarlarında pomidor 1 manat 50 qəpikdən 4 manatadək, xiyar 1 manat 30 qəpikdən 3 manatadək, soğan 70 qəpikdən 1 manatadək, kənd yumurtası 20-40 qəpik arasında, pendir isə 7-12 manat arasında alıcılara təklif olunur.
Ekspertlər isə bildirirlər ki, hazırda əsasən payız və qış aylarında yığımı olan məhsulların bolluğu müşahidə olunur. Bu meyvə-tərəvəzlər xüsusi anbarlarda saxlanılaraq indi satışa çıxarılır. Ayın sonuna doğru qiymətlərin necə olacağı isə yenə də məhsulun həcminə və bazardakı tələbin vəziyyətinə görə dəyişə bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.