Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taleh Kazımovdan banklarla bağlı qərar

Taleh Kazımovdan banklarla bağlı qərar

Tarix: 10 Yanvar 2025 10:40

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası"nda dəyişikliklər edib.

Sonxeber.net xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.

AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Etiketlər:  Taleh Kazımovdan banklarla bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ