Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi, bununla bağlı ərizə var''

''Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi, bununla bağlı ərizə var''

Tarix: 10 Yanvar 2025 14:15

Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü imtina edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin direktoru Yeganə Abbasova APA TV-yə müsahibəsində bildirib.

O, Azər Baxşəliyevə 4 il əvvəl böyrək transplantasiyasının icra edildiyini xatırladıb.

"Onun donoru anası idi. 4 ildən sonra təkrar qohum olmayan donorla müraciət edildi. Bütün sənədlər hazırlanmışdı, donordan razılıq alınmışdı, notarial təsdiq edilmişdi və sənədlər tam hazır halda Etika Komissiyasına göndərilmişdi. Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi. Səbəb əməliyyatdan sonra donor üçün olan risklər idi. Bununla bağlı ərizə var və orada könüllü imtina halı qeyd edilib", - Mərkəzin direktoru vurğulayıb.


Etiketlər:  Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi bununla bağlı ərizə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ