Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2025 16:45
"Əvvəl bilirdin ki, bir nişan üzüyü var idi. Ona bəxt üzüyü deyirdilər. Oğlanın və qızın barmağına taxardılar, vəssalam. İndi həri, nişan üzüyü, toyda taxılan başqa bir üzük. Üstəgəl də komplekt zinət əşyası öz yerində. Minimum 3 üzük taxırlar. Son vaxtlar bu adətlər haradan peyda olur?".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, bəzi toy adətlərinin sonradan gəldiyini deyib:
"Toyda tort mərasimi. Əvvəllər toya kəllə qənd aparardılar, onu qırıb paylayardılar. Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər. Bu adət bizə haradan gəldi? Toylarımızdakı şərbət şəlalasi, bəlkə də gözəl görünür. Amma 1990-2000-ci illərdə belə şeylər yox idi, sonradan gəldi. Sonradan gələn çox adətlər var, amma elələri də var ki, artıq gedib".