Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 09:06
Məşhur müğənni İbrahim Tatlısəsin Şanlıurfadakı il konqresində israrla "3-cü dəfə prezidentliyə varsanmı?" sualına Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın "sən varsansa, varam" cavabı geniş müzakirəyə səbəb olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Türkiyə Konstitusiyası bir şəxsin ardıcıl iki dəfədən artıq prezidentliyə namizəd olmasını yasaqlayır. Bu halda Ərdoğanın namizədliyini irəli sürməsi üçün Ana Yasanın qadağa maddəsinin götürüləcəyi və yaxud yeni Konstitusiya qəbulu məsələsi gündəmə gəlib.
Bu müzakirələrə qatılan Prezidentin baş müşaviri Mehmet Uçum bildirib ki, Ərdoğana "müstəsna" namizədlik verilməsi ehtimalı 2027-ci ilin ikinci yarısında gündəmə gələ bilər.
O bildirib ki, Ərdoğanın 3-cü dəfə namizədliyini verməsi üçün Konstitusiyanın qadağa maddəsinin aradan qaldırılması və ya yeni Konstitusiyaya ehtiyac yoxdur. Çünki Konstitusiyanın 116/3-cü maddəsi "istisna hal" kimi Ərdoğanın 3-cü dəfə namizəd olmasına imkan verir.