Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 19:24
2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların mübarizəyə hansı mərhələdən başlayacağı da müəyyənləşib. Belə ki, Premyer Liqanın qalibi olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kubokunun qalibi də Avroliqada 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ötən il kubokun sahibi olan “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamışdı. Azərbaycan UEFA-dakı reytinqdə gerilədiyi üçün artıq kubokun qalibi də Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan, indi 3 pillə geriləyərək, 26-cıdır.