Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 08:21
Qarabağda özünü buraxmış keçmiş qondarma rejimin "lider"lərindən sayılan Vitali Balasanyan Azərbaycan, Ermənistan, Rusiyaya müraciət edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
V.Balasanyan məktubunda liderlərdən ermənilərin Qarabağa qaytarılmasını istəyib.
Hətta Ermənistanda belə nüfuzunu itirən Balasanyanın bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb və gülüş doğurub.
Qeyd edək ki, V.Balasanyan 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağdan qaçan ilk liderlərdən olub. O, Azərbaycana qarşı müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında iştirakda ittiham olunur. Maraqlıdır ki, uzun müddətdir səssizliyini qoruyan Vitali Balasanyan məhz indi hərəkətə keçib.
(Globalinfo.az )