Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 16:22
2023-cü ilin fevralında Türkiyədə zəlzələ olacağını proqnozlaşdıran hollandiyalı tədqiqatçı Frank Huqerbits fevralın sonunda Yaxın Şərqdə güclü zəlzələ proqnozu verib.
Sonxeber.net bildirir ki, Huqerbits proqnozunu astronomik müşahidələr əsasında qurur. Belə ki, onun fikrincə, fevralın 24-də Merkuri, Yer və Mars planetləri düzüləcək. Onun nəzəriyyəsinə görə, planetlər arasında cazibə qüvvəsi Yerin daxilində maqma gelgitlərinə səbəb ola bilər ki, bu da seysmik aktivliyə səbəb olacaq.
Xüsusilə Türkiyənin şərqində və İranda Rixter cədvəli üzrə 6-7 bal gücündə zəlzələ riski barədə xəbərdarlıq edir. Bununla belə, Yaxın Şərqin digər regionlarının sakinlərinə də ayıq-sayıq olmaları tövsiyə olunur.
Huqerbitsin SSGEOS (Günəş Sistemi Həndəsə Tədqiqi) institutuna rəhbərlik etməsinə baxmayaraq, onun metodologiyası mübahisəlidir. Əksər alimlər planetlərin hərəkətinin zəlzələlərə təsiri ilə bağlı fərziyyəni rədd edərək, elmi sübutların olmamasına işarə edirlər.
İsrailli ekspertlər vurğulayırlar ki, mümkün zəlzələlərə hazırlıq astronomik fərziyyələrə deyil, sübut edilmiş geoloji məlumatlara əsaslanmalıdır. /Lent.az