Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 11:57
Bakı. Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.
MSK sədri qeyd edib: “Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götüb öz fəaliyyətlərinə başlaya bilərlər”.
M.Pənahov bildirib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin