Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2025 13:30
Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə müğənni "Həmin Zaur" verilişində açıqlma verib.
"Oğlum hazırda əsgərlikdədir. Gələn kimi ona 7 gün 7 gecə toy edəcəyəm. Bizdə dədə-babadan adətdir. Özündən alıb, özünə gedirlər. Mən heç kimi gözaltı etməmişəm. Əvvəllər "asaram-kəsərəm" deyirdim. Amma mən onların heç vaxt hisslərinə qarşı olmaram. Böyük hörmətlə yanaşıram onların hisslərinə. Oğlum kimi istəsə, onu da alacağam. Kürəkənim də uzaq qohumumdur" deyə, Elnarə Abdullayeva bildirib.
Xatırladaq ki, Elnarə Abdullayevanın qızı Xədicə ötən ilin yayında ailə qurub.