Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Baydenin qərarını ləğv edib bu qalmaqallı addımı ata bilər

Tramp Baydenin qərarını ləğv edib bu qalmaqallı addımı ata bilər

Tarix: 26 Yanvar 2025 14:02

Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyasının İsrailə 2000 funt-sterlinqlik bomba satışına qoyduğu qadağanı ləğv etməyi əmr edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Axios" üç İsrail rəsmisinə istinadən xəbər verir.

Məlumata görə, Baydenin keçən ilin may ayında 2000 funt-sterlinqlik bombaların göndərilməsini dayandırmaq qərarı Qəzzada 15 aydır davam edən qarşıdurma zamanı ABŞ-İsrail münasibətlərində ən ciddi böhranlardan birinə səbəb olub.

İsrail rəsmisi bildirib ki, Pentaqon ötən cümə günü qadağanın ləğvi barədə İsrail hökumətini xəbərdar edib. Rəsmi mənbələr hazırda ABŞ-da anbarda olan 1800 MK-84 bombasının yaxın günlərdə İsrailə göndəriləcəyini bildirir.

"İsrail tərəfindən sifariş edilən və haqqı ödənilən, lakin Bayden tərəfindən göndərilməyən bir çox şey indi yoldadır!" - Tramp bu barədə Truth sosial platformasında yazıb./APA 


Etiketlər:  Tramp Baydenin qərarını ləğv edib qalmaqallı addımı bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ